Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli artıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli artıb

BİZNES
320

2025-ci ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə Azərbaycandan 21,122 milyard kub-metr qaz nəql edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 335,1 milyon kub-metr və ya 1,6% artım deməkdir.

Hesabat dövründə ölkədə ümumilikdə magistral qaz kəmərləri ilə 36,303 milyard kub-metr qaz daşınıb.

Nəql olunan qazın 58,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli artıb — Fins.az — Fins.az