Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqli 3,8% artıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqli 3,8% artıb

BİZNES
320

2026-cı ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə 5 milyard 653 milyon kubmetr qaz nəql edilib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 205 milyon kubmetr və ya 3,8% artım deməkdir.

Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 11 milyard 125 milyon kubmetr qaz nəql olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% artıb. Qazın ümumi həcminin 50,8%-i məhz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə nəql edilib.

Qeyd edilib ki, Bakı-Tbilisi-Ərzurum kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə daşınmasını təmin edir.

Kəmər 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində qaz nəqlinə başlanılıb. 2018-ci ildən isə “Şahdəniz-2” mərhələsi üzrə hasil edilən qazın TANAP boru kəməri vasitəsilə Türkiyəyə tədarükü həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqli 3,8% artıb — Fins.az — Fins.az