Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqletməsi 7,9% artıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqletməsi 7,9% artıb

BİZNES
287

2026-cı ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 3 milyard 682 milyon kub-metr qaz nəql edilib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Qeyd olunub ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə qaz nəqli 269,1 milyon kub-metr və ya 7,9 faiz artıb.

Hesabat dövründə magistral qaz kəmərləri ilə ümumilikdə 7 milyard 446,4 milyon kub-metr qaz nəql olunub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8% artım müşahidə edilib. Nəql olunan qazın 49,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazı Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırır. Boru kəməri 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağının I mərhələsində hasil olunan qazın nəqli başlamışdır.

2018-ci ilin yayından etibarən “Şahdəniz” yatağının II mərhələsi çərçivəsində hasil olunan qaz genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə – TANAP kəmərinə təhvil verilməyə başlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqletməsi 7,9% artıb — Fins.az — Fins.az