Bakı metrosunda siqnallaşdırma sistemi yenilənir: AİB 350 milyon dollarlıq layihə hazırlayır

Bakı metrosunda siqnallaşdırma sistemi yenilənir: AİB 350 milyon dollarlıq layihə hazırlayır

BİZNES
330

Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakı Metropolitenində siqnallaşdırma sistemlərinin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üzrə genişmiqyaslı layihə həyata keçirilir. Layihə çərçivəsində Asiya İnkişaf Bankı (AİB) tərəfindən erkən bazar müzakirəsi (Early Market Engagement – EME) elan edilib.

Fins.az xəbər verir ki, 59447-001 nömrəli layihənin icraçısı “Bakı Metropoliteni” QSC-dir. Erkən bazar müzakirəsi 30 aprel 2026-cı il tarixində saat 14:00–16:00 aralığında onlayn formatda “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Tədbirdə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Layihənin əsas məqsədi Bakı metrosunda siqnallaşdırma sistemlərinin müasirləşdirilməsi, əməliyyatların rəqəmsallaşdırılması və təhlükəsizliyin artırılmasıdır. İlkin hesablamalara görə, layihənin ümumi dəyəri təxminən 350 milyon ABŞ dolları təşkil edir.

Maliyyələşmənin əsas hissəsinin Asiya İnkişaf Bankı tərəfindən təmin ediləcəyi, əlavə maliyyənin isə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən nəzərdən keçirildiyi bildirilir.

Layihə çərçivəsində CBTC əsaslı qatar idarəetmə sistemlərinin tətbiqi, Əməliyyatlara Nəzarət Mərkəzinin (OCC) yaradılması, metro əməliyyatlarının rəqəmsallaşdırılması, rabitə və kibertəhlükəsizlik sistemlərinin inteqrasiyası kimi işlər həyata keçiriləcək.

Bundan əlavə, mövcud metro infrastrukturunun modernləşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi və texniki nəzarət üzrə məsləhət xidmətlərinin göstərilməsi də planlaşdırılır.

AİB-in məlumatına görə, erkən bazar müzakirəsinin əsas məqsədi potensial podratçıların və texnologiya şirkətlərinin imkanlarını qiymətləndirmək, həmçinin layihənin texniki və satınalma strategiyasını təkmilləşdirməkdir.

Qeyd edilib ki, bu mərhələ tender prosesi hesab edilmir. Rəsmi satınalma prosesinə 2026-cı ilin üçüncü rübündə başlanması planlaşdırılır və proses AİB qaydalarına uyğun həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı metrosunda siqnallaşdırma sistemi yenilənir: AİB 350 milyon dollarlıq layihə hazırlayır — Fins.az — Fins.az