Bakı metropoliten gəlirlərinin 69%-i sərnişindaşıma fəaliyyətindən formalaşıb

Bakı metropoliten gəlirlərinin 69%-i sərnişindaşıma fəaliyyətindən formalaşıb

BİZNES
251

2025-ci ildə “Bakı Metropoliteni” QSC-nin daxilolmalarının həcmi əvvəlki illə müqayisədə 14,9% artaraq 167,7 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunur ki, ümumi daxilolmaların 69%-i sərnişindaşıma fəaliyyətindən əldə edilən gəlirlər, 25%-i dövlət tərəfindən ayrılan subsidiya, 6%-i isə digər mənbələrdən formalaşıb. Hesabat ilində “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 42 662,2 min manat subsidiya ayrılıb.

Sənəddə həmçinin bildirilir ki, 2025-ci ildə “Bakı Metropoliteni” QSC-yə ümumilikdə 318 430,0 min manat vəsait ayrılıb. Bu vəsaitin 72 430,0 min manatı istismar müddətini başa vurmuş vaqon parkının yenilənməsi məqsədilə 65 ədəd yeni nəsil vaqonun alınmasına yönəldilib. Ayrılan məbləğin 1 014,7 min manatı 65 vaqon üçün komplektləşdirici dəstlərin alınmasına, 71 415,3 min manatı isə 30 ədəd vaqonun alınmasına sərf olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı metropoliten gəlirlərinin 69%-i sərnişindaşıma fəaliyyətindən formalaşıb — Fins.az — Fins.az