Bakı Limanı ilə daşınan vaqonların sayı 26%-ə yaxın ARTIB

Bakı Limanı ilə daşınan vaqonların sayı 26%-ə yaxın ARTIB

BİZNES
842

 Bu ilin I yarısında Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % artaraq 18 376 ədədə çatıb.

"Fins.az" xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb.

Məlumata görə, vaqon yükləri illik yükaşırma gücü 6,2 milyon ton olan Bərə terminalı vasitəsilə daşınır. Bu terminalda vaqonlar yükü boşaldan avadanlığa ehtiyac qalmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülə bilir. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Bu terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və s. nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri də yüklənilə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Limanı ilə daşınan vaqonların sayı 26%-ə yaxın ARTIB — Fins.az — Fins.az