Babayevlərə məxsus şirkətin sahibləri  yığıncaq keçirəcək

Babayevlərə məxsus şirkətin sahibləri yığıncaq keçirəcək

BİZNES
1,210

12 iyun 2020-ci il tarixində İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC səhmdarlarının növbəti ümu­mi yığıncağı keçiriləcəkdir.

Fins.az ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.

2. Cəmiyyətin 2019- cu maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2019-cu il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi.

3. Təşkilati məsələ (müşahidə şurası üzvlərinin tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi).

4. Sair məsələlər.

Ümumi yıgıncağın gündəliyinin materialları ilə ta­nışlıq üçün 2020-ci il iyunun 1-dən sonra cəmiyyətin direk­toruna müraciət etmək olar.

Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Olimpi­ya küçəsi 6 nömrəli ünvanda keçiriləcəkdir.

"Gənclik" ASC 5 fiziki şəxsə (Babayev Kamal Ələkbər oğlu (41,81 ), Babayev Tahir Kamal oğlu (20,85%), Babayeva Rəna Kamal qızı (15,00 ) və Əsədulla Çingiz Rauf oğlu (20,85 %)) məxsusdur.

"Gənclik" ASC 2015-2018-ci illərdə hər il zərər açıqlamışdı

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Babayevlərə məxsus şirkətin sahibləri yığıncaq keçirəcək — Fins.az — Fins.az