“AzNar” səhmdarlarına dividend ödəyəcək

“AzNar” səhmdarlarına dividend ödəyəcək

BİZNES
384

27 may 2022-ci il tarixində Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

"Fins.az" xəbər verir ki, növbəti ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları barədə.

2. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2021-ci maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.

3. Teymur Əhmədov adına “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.

4. Teymur Əhmədov adına “AzNar” QSC-nin restrukturizasiya­sı və yeni təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər barədə.

Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur. 

Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“AzNar” səhmdarlarına dividend ödəyəcək — Fins.az — Fins.az