Azexport növbəti sərbəst satış sertifikatlarını təqdim etdi

Azexport növbəti sərbəst satış sertifikatlarını təqdim etdi

BİZNES
255

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı yerli məhsulların xarici bazarlara maneəsiz çıxışını təmin etmək məqsədilə növbəti sərbəst satış sertifikatlarını təqdim edib.

Sertifikatlar Azərbaycanda istehsal olunan və artıq Bolqarıstan bazarında sabit müştəri qazanmış spirtli içkilərin bu ölkəyə ixracının fasiləsiz davam etdirilməsi üçün nəzərdə tutulub. Məhsulların eyni tərəfdaşlar tərəfindən yenidən sifariş edilməsi və sertifikatların yenilənməsi Azərbaycan məhsullarının keyfiyyətinə olan beynəlxalq inamın və Avropa bazarında davamlı tələbatın əsas göstəricilərindən biridir.

Qeyd edək ki, Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Azexport portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə 2018-ci ilin aprel ayından hazırkı dövrə kimi 771 addda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə ixracını əhəmiyyətli dərəcədə asanlaşdırır.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azexport növbəti sərbəst satış sertifikatlarını təqdim etdi — Fins.az — Fins.az