“Azexport” Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya  ştatına ixracı imkanlarını müzakirə edib

Azexport” Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracı imkanlarını müzakirə edib

BİZNES
229

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı və "Meetup Networking Club"un birgə təşkilatçılığı ilə Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracına dair onlayn görüş keçirilib. Görüşdə “Azexport”un rəhbəri Ayxan Qədəşov Kaliforniyada yerləşən "BGS Group" şirkətinə həm portalın, həm də Azərbaycan məhsullarının onlayn təqdimatını edib.

Qeyd edək ki, "BGS Group" şirkəti ABŞ-nin “Sysco”, PFG, “Walmart”, “Afflink”, “US. Foods”, “Costco” və CVS kimi 10-dan artıq iri ticarət şəbəkəsinin məhsulla təchiz edilməsi sahəsində ixtisaslaşıb.

Bu istiqamət üzrə əməkdaşlıq etmək istəyən şəxslər “Azexport” portalı vasitəsilə müraciət edə bilərlər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azexport” Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracı imkanlarını müzakirə edib — Fins.az — Fins.az