"Azərpoçt"a yeni baş direktor təyin olunub

"Azərpoçt"a yeni baş direktor təyin olunub

BİZNES
481

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-yə yeni baş direktor təyin olunub.

MMC-dən verilən məlumata görə, bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb.

O, bu vəzifədə Emin Əfəndiyevi əvəz edib.

Ə. Cəlilov 2016-2020-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib. Bu ilin fevral ayının 3-dən "Azərpoçt"da baş direktor müavini vəzifəsində çalışıb.

Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Hacı Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhan Kazımov isə vəzifəsində saxlanılıb.

Qeyd edək ki, Nazim Süleymanov da ötən ay baş direktorun müavini vəzifəsinə təyin edilib.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Azərpoçt"a yeni baş direktor təyin olunub — Fins.az — Fins.az