“Azərpoçt” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azərpoçt” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

BİZNES
730

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 9 May – Qələbə Günü və Ramazan Bayramı günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.
Fins.az xəbər verir ki, Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi, 1 saylı poçt filialının 1,7,10,33, 2 saylı poçt filialının 9, 17, 73, 102, 111, 117, 122, 138  3 saylı poçt filialının 2(MXŞ), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 44, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 124, 130 saylı poçt şöbələri saat 10.00-dan 17.00-dək işləyəcək.
 
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərpoçt” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək — Fins.az — Fins.az