“Azərkosmos” “HorizonSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” “HorizonSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BİZNES
1,080

“Azərkosmos” Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya, internet və peyk xidmətləri üzrə daha bir aparıcı provayderi olan “HorizonSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Fins.az xəbər verir ki, bu barədə Azercosmos məlumat yayımlayıb

Məlumata görə, bu əməkdaşlığa əsasən “HorizonSat” şirkəti müştərilərinə Yaxın Şərq və Şimali Afrika regionunda “Azerspace-1” peyki vasitəsilə data xidmətləri təqdim edəcək.

Qeyd edək ki, “HorizonSat” şirkəti “Azerspace-1” peykinin C-diapazonu ilə özünün teleportları üzərindən daha çox müştəriyə xidmət göstərə biləcək.

 
Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərkosmos” “HorizonSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb — Fins.az — Fins.az