Azərkosmos 1,5 milyon dollarlıq peyk telekommunikasiya xidmətləri ixrac edib

Azərkosmos 1,5 milyon dollarlıq peyk telekommunikasiya xidmətləri ixrac edib

BİZNES
434

2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 32 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Fins.az xəbər verir ki, bu məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən fevral ayı üçün hazırlanan “İxrac icmalı”na istinadən verilib. Xatırladılır ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi dəyişməyib.

Hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beş ölkə belə olub:

  • Birləşmiş Krallıq – 348,5 min ABŞ dolları

  • Lüksemburq – 283 min ABŞ dolları

  • İsveç – 187,2 min ABŞ dolları

  • Türkiyə – 72,4 min ABŞ dolları

  • Pakistan – 69,6 min ABŞ dolları

Eyni dövrdə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 268,4 milyon ABŞ dollarına çatıb ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 9% artım deməkdir. Yeyinti məhsulları üzrə ixrac isə 103 milyon ABŞ dolları təşkil edib və 22,6% artıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərkosmos 1,5 milyon dollarlıq peyk telekommunikasiya xidmətləri ixrac edib — Fins.az — Fins.az