“Azərişiq” Xocalıda 8,1 milyon manat dəyərində elektrik təminatı işlərinə start verib

“Azərişiq” Xocalıda 8,1 milyon manat dəyərində elektrik təminatı işlərinə start verib

BİZNES
428

Xocalı rayonunun bir sıra yaşayış məntəqələrində elektrik enerjisi ilə təminatı işlərinə start verilib.

Fins.az dövlət satınalmalarının vahid internet portalına əsasən xəbər verir ki, Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsi 35 və 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) tam yenidən qurulacaq.

Məlumata görə, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti artıq işlərin icrasına başlayıb və layihəni həyata keçirəcək şirkəti müəyyənləşdirməkdədir. Görüləcək işlərin ümumi dəyərinin 8,1 milyon manat olacağı proqnozlaşdırılır.

Yenidənqurma işləri tamamlandıqdan sonra sözügedən məntəqələrdə elektrik enerjisi ilə təminat tamamilə təmin olunacaq və bölgədə enerji təhlükəsizliyi yüksələcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərişiq” Xocalıda 8,1 milyon manat dəyərində elektrik təminatı işlərinə start verib — Fins.az — Fins.az