
“AzərEnerji” ixrac gəlirlərini iki dəfə artırıb
2026-cı ilin yanvar-mart aylarında “AzərEnerji” ASC tərəfindən ixracdan əldə olunan gəlirlərin həcmi 2 milyon ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə aprel sayında bildirilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə təxminən 1 milyon ABŞ dolları və ya iki dəfə çoxdur.
Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında “SOCAR POLYMER” MMC lider mövqedə qərarlaşıb. Siyahıda həmçinin “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “AzərEnerji” ASC, “Socar Cape” MMC və “Naxçıvan Enerji” MMC yer alıb.