
Azercell bu ölkədə rominq üzrə vahid xidmət haqqı tətbiq edəcək
Bakı, 20 noyabr Fins.az
Azərbaycan mobil rabitə operatoru "Azercell Telekom" şirkəti bu ilin dekabrın 21-dən etibarən həm fakturalı, həm də fakturasız ("SimSim") xətt sistemlərinə aid nömrələrdə rominq xidmətlərində istifadəyə görə rominq sazişi mövcud olan Pakistanın mobil rabitə operatorları üzrə vahid xidmət haqqı tətbiq edəcək.
Şirkətdən fins.az-a verilən məlumata görə, qeyd olunan tarixdən etibarən bu ölkədə rominq xidmətindən istifadə edən "Azercell" abunəçilərin nömrələrinə daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 0,50 manat təşkil edəcək.
Qeyd edək ki, hazırda bu tarif "Azercell"in fakturalı xətt abunəçilər üçün Pakistanın "Telenor" operatorunun şəbəkəsi üzrə 0,32 manat təşkil edir. "SimSim" abunəçiləri üçün isə bu tarif "Telenor" və "Ulefon" operatorlarının şəbəkəsi üzrə 0,32 manat, "Warid Telecom" ("Beeline") və "Zong" ("Paktel") operatorları üzrə isə 0,82 manat təşkil edir.
Qeyd edək ki, “Azercell Telekom” xarici mobil operatorlarla səmərəli əməkdaşlıq nəticəsində müştərilərin rahatlığı üçün dünyanın bir çox ölkələrinin rominq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq edir.
Müəllif: Aynur Qəniyeva