Azərbaycan İtaliyaya qaz ixracından 1,57 milyard dollarlıq gəlir əldə olunub

Azərbaycan İtaliyaya qaz ixracından 1,57 milyard dollarlıq gəlir əldə olunub

BİZNES
99

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycan İtaliyaya 1,570 milyard ABŞ dolları dəyərində 3,505 milyard kubmetr təbii qaz ixrac edib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Komitənin məlumatları əsasında aparılan hesablamalara görə, Azərbaycanın İtaliyaya təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Belə ki, 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə İtaliyaya ixrac olunan təbii qazın dəyəri 449,7 milyon ABŞ dolları və ya 22,3% aşağı düşüb.

Həmin dövrdə ixrac olunan təbii qazın həcmi isə 342,9 milyon kubmetr və ya 8,9% azalaraq 3,505 milyard kubmetr təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan İtaliyaya qaz ixracından 1,57 milyard dollarlıq gəlir əldə olunub — Fins.az — Fins.az