Azərbaycan–Litva ticarət dövriyyəsi 3,557 milyon dollar olub

Azərbaycan–Litva ticarət dövriyyəsi 3,557 milyon dollar olub

BİZNES
269

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanla Litva arasında ticarət əməliyyatlarının həcmi 3,557 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 215 min ABŞ dolları və ya 5,7% azdır.

Məlumata əsasən, hesabat dövründə Litva ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,04%-i həcmində olub.

Qeyd olunub ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan Litvaya 777 min dollarlıq məhsul ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 29 min ABŞ dolları və ya təqribən 3,9% artım deməkdir.

Eyni dövrdə Azərbaycan Litvadan 41,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 244 min ABŞ dolları və ya 8,1% azalma ilə müşahidə olunub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın, 2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...