Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 34% artıb

Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 34% artıb

BİZNES
401

2026-cı ilin yanvar ayında Azərbaycanla Bolqarıstan arasında ticarət əməliyyatlarının həcmi 86,872 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatina əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22,1 milyon ABŞ dolları və ya 34,1% çoxdur.

Hesabat dövründə Azərbaycandan Bolqarıstana 85,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 23,9 milyon ABŞ dolları və ya 38,6% artım deməkdir.

Dövr ərzində Azərbaycandan Bolqarıstana 37,4 milyon ABŞ dolları dəyərində 78,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub. Qeyd edək ki, ötən ilin eyni dövründə bu məhsullar üzrə ixrac qeydə alınmamışdı.

Bu ilin yanvar ayında Bolqarıstandan Azərbaycana isə 1,05 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 2,7 dəfə azalma deməkdir.

Ümumilikdə isə 2026-cı ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5% azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 802 milyon ABŞ dolları və ya 26,4%, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5% azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 933,6 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3% azdır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 34% artıb — Fins.az — Fins.az