Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard dollar olub

Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard dollar olub

BİZNES
385

Finss.az - Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 207,4 milyon ABŞ dolları və ya 12,7% azdır.

Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,31%-ni təşkil edib.

Ötən ilin 11 ayında Azərbaycan Almaniyaya 682,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 108,8 milyon ABŞ dolları və ya 13,7% azdır. Dövr ərzində Almaniya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 2,80%-ni təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Almaniyadan məhsul idxalını illik müqayisədə 98,5 min ABŞ dolları və ya 11,7% azaldaraq, 744,2 milyon ABŞ dollarına çatdırıb. Almaniya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 3,96%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu rəqəm 2023-cü ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞ dolları və ya 8,9% azdır.

Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. 2023-cü ilin ilk 11 ayı ilə müqayisədə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7% artıb.

Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard dollar olub — Fins.az — Fins.az