Azərbaycanın Yaponiyaya ixracı 18,6% artıb

Azərbaycanın Yaponiyaya ixracı 18,6% artıb

BİZNES
343

2026-cı ilin yanvar ayında Azərbaycan ilə Yaponiya arasındakı ticarət əməliyyatlarının həcmi 20,954 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu rəqəm 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,5 milyon ABŞ dolları və ya 20,7% azalma deməkdir.

Cari ilin yanvar ayında Azərbaycanın Yaponiyaya ixracı 1,276 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 200 min ABŞ dolları və ya 18,6% artımı göstərir.

Hesabat dövründə Yaponiyanın Azərbaycana ixracı isə 19,678 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 5,654 milyon ABŞ dolları və ya 22,3% azalma deməkdir.

Ümumilikdə, 2026-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarət həcmi 3,538 milyard ABŞ dolları olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5% azalma deməkdir. Ticarət dövriyyəsinin 2,236 milyard dolları ixrac, 1,302 milyard dolları isə idxal payına düşüb. İxrac ilin əvvəlindən 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.

Nəticədə xarici ticarət balansının müsbət saldosu 933,6 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3% azalma deməkdir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Yaponiyaya ixracı 18,6% artıb — Fins.az — Fins.az