Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2,5 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2,5 dəfə artıb

BİZNES
474

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217.02 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 63,3 % çoxdur.

11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 335.55 milyon ABŞ dolları ixracın, 10 milyard 409.86 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,9 dəfə, idxal isə 23,1 % artıb.

Son nəticədə xarici ticarətdə 23 milyard 454.08 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2,5 dəfə artıb — Fins.az — Fins.az