Azərbaycanın ÜDM göstəriciləri və artım proqnozları açıqlanıb

Azərbaycanın ÜDM göstəriciləri və artım proqnozları açıqlanıb

BİZNES
216

Azərbaycanda 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) 2,2% artacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) may hesabatında qeyd olunub.

Bu ilin yanvar–may aylarında Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manat, qeyri-neft sektorunda isə 0,4% artaraq 35,658 milyard manat təşkil edib.

BVF-nin proqnozuna əsasən, Azərbaycanın iqtisadiyyatı 2027–2031-ci illərdə illik orta hesabla 2,5% artım nümayiş etdirəcək. Qurumun qiymətləndirmələrinə görə, neft sektoru 2026-cı ildə 2% azalacaq, 2027–2031-ci illərdə isə azalma tempi illik 0,5%-ə qədər yavaşlayacaq.

Eyni zamanda, qeyri-neft ÜDM-in 2026-cı ildə 3,7%, 2027-ci ildə 3,8% artacağı, 2028–2031-ci illərdə isə illik 3,5% səviyyəsində sabitləşəcəyi bildirilir.

BVF-nin hesablamalarına görə, Azərbaycanın nominal ÜDM-i də artım trayektoriyasında olacaq. Proqnozlara əsasən, nominal ÜDM 2026-cı ildə 78,372 milyard dollar, 2027-ci ildə 83,060 milyard dollar, 2028-ci ildə 88,175 milyard dollar, 2029-cu ildə 93,718 milyard dollar, 2030-cu ildə 99,600 milyard dollar, 2031-ci ildə isə 105,923 milyard dollar səviyyəsinə yüksələcək.

Bununla yanaşı, Hollandiyanın ING bank qrupunun proqnozuna görə, Azərbaycanın ÜDM artımı 2026-cı ildə 2,2%, 2027-ci ildə isə 3%-ə qədər yüksələcək. Rüblük göstəricilərə əsasən, 2026-cı ildə II rübdə 2,5%, III rübdə 4%, IV rübdə isə 2,5% artım gözlənilir. 2027-ci ildə isə I rübdə 3%, II rübdə 3,5%, III rübdə 2%, IV rübdə isə 3,5% artım proqnozlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın ÜDM göstəriciləri və artım proqnozları açıqlanıb — Fins.az — Fins.az