Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına xərcləri azalıb

Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına xərcləri azalıb

BİZNES
389

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsulları idxalına 11,524 milyon ABŞ dolları xərcləyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% azdır.

Yalnız fevral ayında Türkiyə Azərbaycana avtomobil sənayesi məhsulları ixracını 6,929 milyon ABŞ dolları həcmində həyata keçirib ki, bu da 2025-ci ilin fevral ayı ilə müqayisədə 6,8% azdır.

Ümumilikdə, Türkiyənin avtomobil sənayesi məhsullarının iki aylıq ixracı 6,604 milyard ABŞ dolları təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% artıb. Fevral ayında ixrac 3,544 milyard ABŞ dollarına çatıb, illik artım 19,1%-dir.

Bu məhsulların əsas idxalçıları Almaniya (1,034 milyard ABŞ dolları, +11,1%), Fransa (770 milyon ABŞ dolları, +19,7%) və İtaliya (605,866 milyon ABŞ dolları, +23,8%) olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...