Azərbaycanın qeyri-neft ixracında qızıl lider olub

Azərbaycanın qeyri-neft ixracında qızıl lider olub

BİZNES
503

2026-cı ilin yanvar ayında Azərbaycandan 33 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Fins.az xəbər verir ki, bu məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən fevral ayı üçün hazırlanmış “İxrac icmalı”na istinadən verilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 milyon ABŞ dolları və ya 56,4% çoxdur. Qeyri-neft sektoruna aid ixrac məhsullarının siyahısında qızıl (33 milyon ABŞ dolları) lider mövqedədir.

Eyni zamanda, 2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 268,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artım deməkdir. Yeyinti məhsulları üzrə ixrac isə 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın qeyri-neft ixracında qızıl lider olub — Fins.az — Fins.az