Azərbaycanın Portuqaliyaya neft ixracından gəlirləri 222 milyon dollar olub

Azərbaycanın Portuqaliyaya neft ixracından gəlirləri 222 milyon dollar olub

BİZNES
165

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Portuqaliyaya 222 milyon ABŞ dolları dəyərində 395 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin dərc etdiyi "Azərbaycanın xarici ticarətinin gömrük statistikası"nda bildirilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,4 milyon ABŞ dolları və ya 28,5 faiz, həcm baxımından isə 181 min ton və ya 31,4 faiz azdır.

Qeyd olunub ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Portuqaliyaya 576 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilib, ixracın ümumi dəyəri isə 310,4 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan dünyanın müxtəlif ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində 8,828 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.

Hesabat dövründə Azərbaycan neftinin əsas idxalçıları arasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 5,339 milyon ton həcmində, 3,021 milyard ABŞ dolları dəyərində neft ixrac edilib. Sonrakı yerlərdə isə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Portuqaliyaya neft ixracından gəlirləri 222 milyon dollar olub — Fins.az — Fins.az