
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard 102,8 milyon manatlıq mal satılıb.
Fins.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 % artım nümayiş etdirib.