
Azərbaycanın pambıq lifi ixracı kəskin artdı – 57,5 milyon dollar və 42,5 min ton
Fins.az - Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəricilərinə əsasən, 2026-cı ilin yanvar–mart aylarında ölkədən 57,5 milyon ABŞ dolları dəyərində 42,5 min ton pambıq lifi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43,56%, həcm baxımından isə 52,05% artım deməkdir.
Ümumilikdə, cari ilin ilk 3 ayında Azərbaycandan dəyəri təxminən 786 milyon dollar olan qeyri-neft məhsulları ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,73% çoxdur.
Hesabat dövründə pambıq lifi ixracının ümumi qeyri-neft ixracında xüsusi çəkisi 7,32% təşkil edib.