
Azərbaycanın neft sektorunda hasilat və ixrac göstəriciləri açıqlanıb - OPEK
Fins.az - OPEK-in son qiymətləndirmələrinə əsasən, 2025-ci ildə Azərbaycanın təsdiqlənmiş xam neft ehtiyatları 7 milyard barel səviyyəsində qalmaqda davam edib və bu göstərici 2021-ci ildən dəyişməyib.
Məlumata görə, 2025-ci ildə ölkədə xam neft hasilatı gündəlik 460 min barrel (b/g) təşkil edib. Bu rəqəm 2024-cü ildə 479 min b/g, 2023-cü ildə 504 min b/g, 2022-ci ildə 558 min b/g, 2021-ci ildə isə 590 min b/g olub.
Neft məhsullarının istehsalı 2025-ci ildə sutkada 125 min b/g-ə yüksəlib. Müqayisə üçün, bu göstərici 2024-cü ildə 117 min b/g, 2023-cü ildə 132 min b/g, 2022-ci ildə 128 min b/g, 2021-ci ildə isə 135 min b/g təşkil edib.
Eyni zamanda neft emalı gücü 2025-ci ildə 120 min b/g səviyyəsində sabit qalıb və 2021-ci ildən bəri dəyişməyib. Faktiki emal gücü isə 2025-ci ildə 127 min b/g-ə yüksəlib. Bu göstərici 2024-cü ildə 115 min b/g, 2023-cü ildə 131 min b/g, 2022-ci ildə 123 min b/g, 2021-ci ildə isə 132 min b/g olub.
Daxili neft tələbatı 2025-ci ildə 126 min b/g-ə çatıb. Bu rəqəm 2024-cü ildə 125 min b/g, 2023-cü ildə 114 min b/g, 2022-ci ildə 109 min b/g, 2021-ci ildə isə 107 min b/g olub.
Neft ixracı 2025-ci ildə 383 min b/g-ə enib. Müqayisə üçün 2024-cü ildə bu göstərici 393 min b/g, 2023-cü ildə 420 min b/g, 2022-ci ildə 441 min b/g, 2021-ci ildə isə 483 min b/g təşkil edib.
Xam neft və neft məhsullarının ümumi ixracı da azalma tendensiyasını davam etdirərək 2025-ci ildə 404 min b/g olub. Bu göstərici 2024-cü ildə 409 min b/g, 2023-cü ildə 431 min b/g, 2022-ci ildə 463 min b/g, 2021-ci ildə isə 520 min b/g səviyyəsində qeydə alınıb.