
Azərbaycanın neft ixracı 7,9 milyon ton təşkil edib
Cari ilin yanvar–aprel aylarında Azərbaycandan dünyanın müxtəlif ölkələrinə 4,365 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 7,923 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 198 milyon ABŞ dolları və ya 4,3 faiz azalma deməkdir.
Fiziki həcm baxımından isə ixrac 281 min ton və ya 3,4 faiz azalıb.
Qeyd olunub ki, cari ilin yanvar–aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz artım deməkdir.
Xarici ticarət dövriyyəsinin 11,9 milyard dolları ixracın, 5,5 milyard dolları isə idxalın payına düşüb.
Son bir ildə ixrac 3,1 milyard dollar və ya 35,2 faiz artdığı halda, idxal 2,6 milyard dollar və ya 32,1 faiz azalıb.
Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 milyard dollar və ya 9,7 dəfə artım deməkdir.