Azərbaycanın neft ixracı 2,5 milyard dollar səviyyəsində olub

Azərbaycanın neft ixracı 2,5 milyard dollar səviyyəsində olub

BİZNES
406

2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan xarici ölkələrə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,078 milyon ton xam neft və neft məhsulu ixrac olunub.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1%, fiziki həcmdə isə 934 min ton və ya 15,5% azalma deməkdir.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının ümumi həcmi 9,407 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ dolları və ya 21,9% azalıb.

İxracın həcmi 5,402 milyard ABŞ dolları, idxal isə 4,005 milyard ABŞ dolları təşkil edib. Müqayisəli dövrdə ixrac 984 milyon ABŞ dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya 29,3% azalıb.

Nəticədə xarici ticarət dövriyyəsində 1,398 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb. Bu göstərici ötən illə müqayisədə 675 milyon ABŞ dolları və ya 1,9 dəfə artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın neft ixracı 2,5 milyard dollar səviyyəsində olub — Fins.az — Fins.az