Azərbaycanın mobil rabitə operatorları gəlirlərini artırıb

Azərbaycanın mobil rabitə operatorları gəlirlərini artırıb

BİZNES
841

Bu ilin yanvar ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 77,4 mln. manat təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat ayında ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7% artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,3%-ni təşkil edib.Komitədən həmçinin bildirilib ki, bu ilin ilk ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 187,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 71,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 24,3% artıb. Bu sahədə əldə olunan gəlirin 77,1%-i qeyri-dövlət sektorunun payına düşüb

©APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın mobil rabitə operatorları gəlirlərini artırıb — Fins.az — Fins.az