
Azərbaycanın meşə fındığı ixracından gəliri 58,8% artıb
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 68,3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin aprel ayı üzrə “İxrac icmalı”nda bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 milyon ABŞ dolları və ya 58,8% artım deməkdir.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı da artım dinamikası nümayiş etdirib və 11,7% yüksələrək 862 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına çatıb.