Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracından gəliri 9,566 milyon dollar olub

Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracından gəliri 9,566 milyon dollar olub

BİZNES
216

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 163,781 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu həcmdə elektrik enerjisinin ixracından 9,566 milyon ABŞ dolları gəlir əldə edilib.

Hesabat dövründə Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 287,1 milyon kVt/saat və ya 2,7 dəfə, dəyər ifadəsində isə 16,1 milyon ABŞ dolları və ya 2,7 dəfə azalıb.

Bununla yanaşı, 2026-cı ilin ilk beş ayında Azərbaycan Gürcüstandan 1,854 milyon ABŞ dolları dəyərində 28,527 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,386 milyon ABŞ dolları və ya 4 dəfə, həcm ifadəsində isə 21,3 milyon kVt/saat və ya 3,9 dəfə artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Rusiya, Gürcüstan və İran İslam Respublikasına 12,513 milyon ABŞ dolları dəyərində 232,993 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 24,8 milyon ABŞ dolları və ya 3 dəfə, həcm ifadəsində isə 425,1 milyon kVt/saat və ya 2,8 dəfə azalma deməkdir.

Eyni zamanda, cari ilin ilk beş ayında Azərbaycan adıçəkilən ölkələrdən 3,401 milyon ABŞ dolları dəyərində 71,059 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,4 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm ifadəsində isə 15,9 milyon kVt/saat və ya 28,9% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracından gəliri 9,566 milyon dollar olub — Fins.az