
Azərbaycanın Çində daha 2 ticarət evinin açılması planlaşdırılır
Tezliklə Çinin Pekin və Çendu şəhərlərində Azərbaycanın daha 2 ticarət evinin açılması planlaşdırılır.
"Fins.az" xəbər verir ki, bbarədə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib. Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq, Ticarət Nümayəndəliyi Aparatı çinli tərəfdaşları ilə birgə Şanxay, Çindao, Lyənyünqan, Lucou, Urumçi, Harbin, Cinan, Vuhan və Canciacie kimi şəhərlərdə dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi açıbp.
Ticarət evlərinin artırılması ilə bağlı daha bir neçə şəhərdə fəaliyyət göstərən yerli investorlarla danışıqlar davam edir.