
Azərbaycanın çay ixracı artıb
Fins.az – 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycana 6 min 521,67 ton çay idxal edilib. İdxal olunan çayın statistik dəyəri 39 milyon 487,15 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2025-ci ilin eyni dövründə ölkəyə 7 min 51,37 ton çay idxal olunub və bunun üçün 42 milyon 850,95 min ABŞ dolları xərclənib.
Beləliklə, 2026-cı ilin ilk yarısında çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə fiziki həcmdə 529,7 ton və ya 7,5%, statistik dəyər ifadəsində isə 3 milyon 363,8 min ABŞ dolları və ya 7,9% azalıb.
Hesabat dövründə bir ton çaya düşən orta statistik idxal dəyəri demək olar ki, sabit qalıb. Belə ki, bu göstərici 6 min 77 ABŞ dollarından 6 min 55 ABŞ dollarına enib.
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan 437,2 ton çay ixrac edilib. Çay ixracından 3 milyon 801,4 min ABŞ dolları gəlir əldə olunub.
2025-ci ilin eyni dövründə isə 353,3 ton çay ixrac edilib və ixracın dəyəri 3 milyon 185 min ABŞ dolları təşkil edib.
Nəticədə çay ixracının fiziki həcmi illik müqayisədə 23,7%, ixracdan əldə olunan gəlirlər isə 19,4% artıb.
Hesabat dövründə məhsulun orta ixrac qiyməti təxminən 3,6% azalsa da, satış həcminin artması ümumi ixrac gəlirlərinin yüksəlməsini təmin edib.