Azərbaycandan Yunanıstana qaz ixracı artıb

Azərbaycandan Yunanıstana qaz ixracı artıb

BİZNES
269

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Yunanıstana 71,674 milyon ABŞ dolları dəyərində 174,937 milyon kubmetr təbii qaz (o cümlədən qaz şəklində) ixrac olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,661 milyon ABŞ dolları və ya 2,3% azalıb. Buna baxmayaraq, fiziki həcm baxımından 40,809 milyon kubmetr və ya 30,4% artım qeydə alınıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azalma, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...