Azərbaycandan Yunanıstana neft ixrac artıb

Azərbaycandan Yunanıstana neft ixrac artıb

BİZNES
207

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana 313,8 milyon dollar dəyərində 590,6 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 169 milyon dollar və ya 2,2 dəfə, həcm baxımından isə 362,5 min ton və ya 2,6 dəfə artıb.

Hesabat dövründə Yunanıstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar-noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub. Ümumi ixrac 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi ixracın dəyəri 1,8 milyard dollar və ya 13,5% azalıb, həcm baxımından isə 576 min ton və ya 2,7% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Yunanıstana neft ixrac artıb — Fins.az — Fins.az