
Azərbaycandan Xorvatiyaya neft məhsulları ixracı 40,8 milyon dollar təşkil edib
2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan Xorvatiyaya 40,8 milyon ABŞ dolları dəyərində 86,2 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 197,9 milyon ABŞ dolları və ya 5,5 dəfə, həcm baxımından isə 342,2 min ton və ya 5 dəfə azalma ilə qeydə alınıb.
Məlumata əsasən, 2025-ci ilin yanvar–mart aylarında Azərbaycandan Xorvatiyaya 238,7 milyon ABŞ dolları dəyərində 428,4 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Eyni zamanda, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1%, fiziki həcm baxımından isə 934 min ton və ya 15,5% azalma nümayiş etdirib.