Azərbaycandan Tunisə neft ixracı 2,5 dəfə artıb

Azərbaycandan Tunisə neft ixracı 2,5 dəfə artıb

BİZNES
211

Yanvar–aprel aylarında Azərbaycan Tunisə 94,5 milyon ABŞ dolları dəyərində 183,700 ton xam neft və bitumlu neft məhsulları ixrac edib.

Fins.az-ın Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57,1 milyon ABŞ dolları və ya 2,5 dəfə artıb.

Eyni dövrdə ixracın fiziki həcmi də artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövründə 64,200 ton təşkil edən ixrac həcmi 119,500 tondan çox artaraq 183,700 tona yüksəlib.

Ötən ilin yanvar–aprel aylarında Azərbaycandan Tunisə 37,4 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları ixrac olunmuşdu.

Cari ilin yanvar–aprel aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz artım deməkdir.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 11,9 milyard dolları ixracın, 5,5 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 3,1 milyard dollar və ya 35,2 faiz artdığı halda, idxal 2,6 milyard dollar və ya 32,1 faiz azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Tunisə neft ixracı 2,5 dəfə artıb — Fins.az — Fins.az