Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi artıb

Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi artıb

BİZNES
273

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Tailanda 103,3 milyon ABŞ dolları dəyərində, 137,4 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac edilib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 27,4 milyon ABŞ dolları və ya 36 faiz artım nümayiş etdirib.

Fiziki həcm baxımından isə ixrac 0,3 faiz və ya 400 ton azalıb.

Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Tailanda 137,8 min ton neft və neft məhsulları ixrac olunmuş, ixracın ümumi dəyəri isə 75,9 milyon ABŞ dolları təşkil etmişdi.

Cari ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz artıb.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 11,9 milyard dolları ixracın, 5,5 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 3,1 milyard dollar və ya 35,2 faiz artdığı halda, idxal 2,6 milyard dollar və ya 32,1 faiz azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi artıb — Fins.az — Fins.az