
Azərbaycandan Serbiyaya 25,242 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilib
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Serbiyaya 25,242 milyon ABŞ dolları dəyərində 69,279 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azalma nümayiş etdirib. Belə ki, dəyər ifadəsində 21,3 milyon ABŞ dolları və ya 1,8 dəfə, həcm baxımından isə 25,5 milyon kubmetr və ya 1,4 dəfə azalma qeydə alınıb.
Ümumilikdə, hesabat dövründə Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 17,1% azalma, lakin həcm baxımından 4,6% artım nümayiş etdirib.