Azərbaycandan Rusiyaya 90 tondan çox yumurta idxal olunub

Azərbaycandan Rusiyaya 90 tondan çox yumurta idxal olunub

BİZNES
266

Yanvarın 11-də "Yaraq Qazmalar" buraxılış məntəqəsindən Rusiya ərazisində satış məqsədilə Azərbaycandan idxal olunmuş və 18,63 tonluq (306 min ədəd) növbəti ərzaqlıq yumurta partiyası buraxılıb.

Fins.az bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumat görə, yük müvəqqəti saxlama anbarına gətirildikdən sonra qida məhsulunun keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə nümunələr götürülüb. Yanvarın 11-dək Rusiyaya Azərbaycandan 1,5 milyon ədəd (90,63 ton) ərzaqlıq yumurta gətirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda toyuq yumurtalarının gündəlik istehsalı təqribən 5 milyon ədəd, gündəlik tələbat isə təqribən 3,6 milyon ədəddir. Yalnız tələbatdan artıq məhsul ixrac edilir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Rusiyaya 90 tondan çox yumurta idxal olunub — Fins.az — Fins.az