Azərbaycandan ötən il metanol ixracı 86,3 milyon ABŞ dolları olub

Azərbaycandan ötən il metanol ixracı 86,3 milyon ABŞ dolları olub

BİZNES
519

2025-ci ildə Azərbaycandan 86,3 milyon ABŞ dolları dəyərində metanol (metil spirit) ixrac edilib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 18,1 milyon ABŞ dolları və ya 17,3% azalma deməkdir.

2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 3,6 milyard ABŞ dolları səviyyəsinə çataraq 2024-cü illə müqayisədə 8,1% artıb. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac isə 18,4% artaraq 1,2 milyard ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan ötən il metanol ixracı 86,3 milyon ABŞ dolları olub — Fins.az — Fins.az