Azərbaycandan neft məhsullarının ixracı 2,7 dəfə artıb

Azərbaycandan neft məhsullarının ixracı 2,7 dəfə artıb

BİZNES
227

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan neft məhsullarının ixracı həm dəyər, həm də həcm baxımından əhəmiyyətli dərəcədə artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycandan 486,6 min ton neft və bitumlu süxurlardan alınan neft məhsulları, eləcə də tərkibində kütlə etibarilə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib. Bu ixracın dəyəri 385,8 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft məhsullarının ixracı dəyər ifadəsində 245 milyon ABŞ dolları və ya 2,7 dəfə, həcm ifadəsində isə 204,9 min ton və ya 1,7 dəfə artıb.

Hesabat dövründə bu məhsullar Azərbaycanın ümumi ixracının 2,38%-ni təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycandan dünya ölkələrinə 10,125 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri 6,231 milyard ABŞ dolları olub.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8%, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9% azalıb.

Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1% çoxdur.

Ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Cari ilin ilk yarısında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,442 milyard ABŞ dolları və ya 26,7% artıb. İdxal isə 3,181 milyard ABŞ dolları və ya 27,6% azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan neft məhsullarının ixracı 2,7 dəfə artıb — Fins.az — Fins.az