Azərbaycandan mis ixracı və idxalı artıb

Azərbaycandan mis ixracı və idxalı artıb

BİZNES
230

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8,793 milyon ABŞ dolları dəyərində 951 ton mis və ondan hazırlanan məmulatlar ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,6 milyon ABŞ dolları və ya 22,2% artım nümayiş etdirib.

Bununla yanaşı, ixracın fiziki həcmi azalma ilə müşahidə olunub. Belə ki, hesabat dövründə ixrac olunan mis və ondan hazırlanan məmulatların həcmi 24 ton və ya 2,5% azalıb.

Məlumata əsasən, mis və ondan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,16%, qeyri-neft sektoru üzrə isə 1,12% təşkil edib.

Eyni dövrdə Azərbaycana 13,7 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar idxal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 9,8% artım deməkdir.

Hesabat dövründə bu məhsul kateqoriyasının ümumi idxalda xüsusi çəkisi 0,22%-ə bərabər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan mis ixracı və idxalı artıb — Fins.az — Fins.az