Azərbaycandan karbamid ixracı 14,2 milyon dollar olub

Azərbaycandan karbamid ixracı 14,2 milyon dollar olub

BİZNES
543

2026-cı ilin yanvar ayında Azərbaycandan 14,2 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dərc olunan “İxrac icmalı”nın fevral sayında məlumat verilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 6,8 milyon ABŞ dolları və ya 32,4% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac isə 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan karbamid ixracı 14,2 milyon dollar olub — Fins.az — Fins.az