Azərbaycandan İtaliyaya ixrac olunan neftin həcmi artıb

Azərbaycandan İtaliyaya ixrac olunan neftin həcmi artıb

BİZNES
187

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya 2,428 milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub. Bunun dəyəri 1,142 milyard ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində 224 milyon dollar və ya 16,4% azdır. Həcm baxımından isə ixrac 12 min ton və ya 0,5% artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında İtaliyaya 2,416 milyon ton neft və neft məhsulları ixrac olunaraq 1,366 milyard dollar dəyərində olub. Bu dövrdə İtaliya Azərbaycandan ən çox neft idxal edən ölkə olaraq lider mövqeyini qoruyub.

Eyni zamanda, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ümumi ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin strukturu belə olub: 3,665 milyard dollar ixrac və 2,599 milyard dollar idxal. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb. Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan İtaliyaya ixrac olunan neftin həcmi artıb — Fins.az — Fins.az