Azərbaycandan İtaliya 2,128 milyard kubmetr təbii qaz ixrac edilib

Azərbaycandan İtaliya 2,128 milyard kubmetr təbii qaz ixrac edilib

BİZNES
107

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan təbii qaz ixracı üzrə İtaliya istiqamətində azalma qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında açıqlama verilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan İtaliya 2,128 milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 844,370 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İtaliyaya qaz ixracının dəyəri 353,1 milyon dollar və ya 29,5%, həcmi isə 161,1 milyon kubmetr və ya 7% azalıb.

Buna baxmayaraq, ümumilikdə Azərbaycanın qaz ixracında artım müşahidə olunub. Hesabat dövründə ölkədən 8 dövlətə 6,257 milyard kubmetr qaz ixrac edilib ki, bunun ümumi dəyəri 1,883 milyard ABŞ dolları olub.

Statistik göstəricilərə görə, ümumi qaz ixracı dəyər ifadəsində 14,6% azalıb, lakin həcim baxımından 6,1% artım qeydə alınıb.

İdxal göstəricilərinə əsasən isə Azərbaycan yalnız İran İslam Respublikasından 134,3 milyon kubmetr təbii qaz alıb. İdxalın dəyəri 9,041 milyon ABŞ dolları olub və ötən illə müqayisədə həm dəyər, həm də həcim azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan İtaliya 2,128 milyard kubmetr təbii qaz ixrac edilib — Fins.az — Fins.az